https://innews.media/uploads/news/2024-12/_innews_a9c3bee8f104444a2a40eef21_o.jpg
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin həkim-travmatoloqu Rauf Səfərovun 70 illik yubileyi münasibətilə tədbir keçirilib.
Xəstəxananın direktoru Pərviz Rüstəmbəyov, kollektiv adından yubilyarı təbrik edərək onun uzun illər ərzində səhiyyə sahəsində göstərdiyi peşəkar fəaliyyətini yüksək qiymətləndirib.
Rauf Səfərov, yubiley tədbirində ona göstərilən diqqət və dəyər üçün xəstəxana rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. Tədbir səmimi və yaddaqalan anlarla zəngin olub.
Ən son xəbərləri səhifəmizdən də izləyin