logo
Heydər Əsədov vəfat etdi

Heydər Əsədov vəfat etdi

Heydər Əsədov vəfat etdi Heydər Əsədov vəfat etdi

Vətən müharibəsi iştirakçısı, Azərbaycan Ordusunun baş giziri Əsədov Heydər Məmmədağa oğlu vəfat edib.

Xərçəng xəstəliyindən əziyyət çəkən H.Əsədov sakini olduğu Biləsuvar rayonunda dünyasını dəyişib.

O, hərbi tibb kollecində təhsil alıb. Bir çox hərbi hissələrdə tibb məntəqəsində çalışıb.

Tovuz, Aprel döyüşlərinin də iştirakçısı olan Heydər Əsədov Vətən müharibəsində göstərdiyi şücaətlərinə görə çoxsaylı medallarla təltif olunub.

Qeyd edək ki, 46 yaşlı H.Əsədov 25 illik vətənə xidmətini yenicə başa vurmuşdu.

Ailəli idi, 3 qız övladı vətənə əmanət qaldı.

(Qafqazinfo)

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media