logo
Elektron siqaretlərin pərdəarxası təhlükələri

Elektron siqaretlərin pərdəarxası təhlükələri

Elektron siqaretlərin pərdəarxası təhlükələri Elektron siqaretlərin pərdəarxası təhlükələri

Günümüzdə gənclərin qurşandığı zərərli vərdişlərdən biri də elektron siqaretlərdir. Tütün məhsullarının istehsalı üçün nəzərdə tutulan hər bir ölkənin özünəməxsus reqlamenti var. Ona görə də elektron siqaretlərin istifadəsi üçün nəzərdə tutulan mayeləri istehsal edən şirkətlər və ölkələr, özləri nə istəsələr, hansı dozada istəsələr, onu mayenin içərisinə əlavə edirlər. Artıra da, azalda da bilirlər. Hazırda da dünya ölkələrinin əksəriyyətində elektron siqaretin idxalı qadağandır, ancaq istifadəsi qadağan deyil. Ona görə qeyd etdiyim kimi, tütün məhsullarını tərgidib elektron siqaretə keçənlər, tütün məhsullarına qayıtmasın deyə və reqlamentsiz olduğuna görə, özlərinə nə sərf edirsə, həmin maddələrin miqdarını artırırlar. Nəticədə, bu, orqanizmə daha çox zərər yetirmiş olur.

Bir dəfə çəkilən elektron siqaret bir paçka tütün məhsullarından hazırlanmış siqaretə bərabər ziyanlı təsirə malikdir. Pandemiya başlamamışdan əvvəlki dövrdə ABŞ-da bugünə qədər dünyaya məlum olmayan ağciyər xəstəliyi aşkarlanmış və sonrakı təhqiqatlarda həmin xəstəliyin bütün hallarında elektron siqaret istifadə edən insanların olduğu müəyyən edilmişdir. Lakin pandemiya başladığına görə həmin tədqiqat yarımçıq qalmış və nəticəsi barədə məlumat verilməmişdir. Yəni elektron siqaretin orqanizmə neqativ və ciddi təsirləri var. Bu zərərli vərdiş haqqında konkret bunları deyə bilərik:

"İlk növbədə respirator sistemə olan zərərli effektlərdən danışaq. Elektron siqaretlər tərkiblərində olan kimyəvi maddələrə görə və nikotinə görə, tipik siqaretlərdən təxminən 10-15 mq nikotin olur. Onların da siqaret çəkilərkən 10 %-ə yaxın hissəsi qan dövranına daxil olur. Elektron siqaretlərdə də nikotin olur, amma bu, az miqdardadır (0-36 mq/ml). Lakin elektron siqaretlərdən istifadə edərkən onlarda olan nikotinin daha çox hissəsi qan dövranına daxil olur və ağciyərdən başqa digər orqanlara da (ürək-qan damar sistemi, nevroloji sistem və s.) zərərli effektlər verir. Çünki elektron siqaretlər daha uzun müddətə çəkilir və daha intensiv zərərli faktorlarla qarşı-qarşıya qalınır.

Elektron siqaretlərdə olan kimyəvi maddələr boğazı qıcıqlandırır, buxarları bronxlarımızda qalaraq quru öskürəyə səbəb olur. Elektron siqaretlər demək olar ki, bütün xronik ağciyər xəstəliklərini kəskinləşdirir və daha da pisləşdirir. Ağciyər xərçəngi riskini artıra bilər, çünki tərkibində kifayət qədər xərçəngə gətirib çıxaran maddələr vardır (formaldehid, akrolein, asetaldehid və s.). Bundan başqa, elektron siqaretlərin buxarı ağciyərdə azot oksidi sintezini azaldır və tənəffüs yollarının müqavimətini artırır, yəni bronxların spazmına, daralmasına və ağciyər funksiyasının pisləşməsinə səbəb olur.

Ürəyə təsir edərək ritm pozğunluqları və infarkt riskini artırır. Yuxu pozğunluğu, baş ağrıları, baş gicəllənmələri, gözlərdə qıcıqlanma və görmə zəifləməsinə gətirib çıxarır".

Buradan belə nəticəyə gəlmək olur ki, elektron siqaretlər, ənənəvi siqaretlərdən fərqli olsa da, insan orqanizmi üçün ciddi və çoxşaxəli zərərli təsirlərə malikdir. Onlar yalnız respirator deyil, həm də ürək-damar və nevroloji sistemlərdə fəsadlar yaradır. Elektron siqaretlərin təhlükələri barədə geniş maarifləndirmə və daha ciddi tənzimləmə tələb olunur.

Fərhad Musayev

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media