logo
"Liv Bona Dea International Hospital"a mediatur təşkil edilib - VİDEO

"Liv Bona Dea International Hospital"a mediatur təşkil edilib - VİDEO

"Liv Bona Dea International Hospital"a mediatur təşkil edilib - VİDEO "Liv Bona Dea International Hospital"a mediatur təşkil edilib - VİDEO

“Liv Bona Dea Hospital” 2013-cü ildən Türkiyədə fəaliyyət göstərən "Liv Hospital " şəbəkəsinin ölkə xaricində olan ən önəmli investisiyalarından biridir. "Bona Dea International Hospital" və "Liv Medical Group" arasında bağlanan müqaviləyə əsasən hospital “Liv Bona Dea” brendi adıyla sağlamlıq sahəsində yüksək səviyyəli xidmət göstərir. Burada qaraciyər transplantasiyası, ürək-damar xəstəlikləri, qabaqcıl onkoloji əməliyyatlar, ortopedik cərrahiyyə, onurğa cərrahiyyəsi, doğuşdan etibarən hər cür rutin və genetik skrinning testləri, diaqnostika və müalicə xidmətləri mövcuddur. Həmçinin sağlamlıq risklərinin qiymətləndirilməsi üçün xüsusi check-up proqramlarından fərdiləşdirilmiş üzvlük sistemlərinə, evdə qulluq xidmətləri və onlayn müayinələrə qədər bir sıra xidmətlər təklif olunur. Hospitalımızda ürək-damar cərrahiyyəsi, invaziv-kardiologiya, mamalıq-ginekologiya, neonatologiya, pediatriya, təcili tibbi yardım, reanimasiya, süni mayalanma, ümumi cərrahiyyə, ortopediya-travmatologiya, neyrocərrahiyyə, otolarinqologiya, oftalmologiya, urologiya, anesteziologiya, daxili xəstəliklər, qastroenterologiya, nevrologiya, radiasiya diaqnostikası, tibbi laboratoriyalar, onkologiya, stomatologiya, qan bankı, fizioterapiya-reabilitasiya və mərkəzi sterilizasiya kimi sağlamlıq xidməti sahələri var.

209 çarpayılıq xəstəxanada- 12 əməliyyat və 2 anjio otağı, 156 stasionar xəstə çarpayısı, 28 yerlik ümumi reanimasiya bölməsi , 6 yerlik ürək-damar cərrahiyyə reanimasiya bölməsi, 7 yerlik yenidoğulmuşların reanimasiyası bölməsi və təcili yardım şöbəsində 12 çarpayı mövcuddur. Xəstəxanadakı tibbi avadanlıqlar ABŞ, Almaniya, Yaponiya, İtaliya, Fransa, İngiltərə, İsveç, Belçika və İspaniyanın aparıcı şirkətləri tərəfindən istehsal olunub.  

Yüksək standartlara cavab verən hospital ölkəmizdə və regionda Beynəlxalq Birgə Komissiya (JCI) tərəfindən 100% nəticə ilə qiymətləndirilən ilk səhiyyə müəssisəsidir.

Hospitalın açılışı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 27 mart 2018-ci ildə reallaşdırılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media