https://innews.media/uploads/news/2024-12/_innews_8d5fc15b5ee35966336bf0fc7_o.jpg
Dövlət Statistika Komitəsinə (DSK) yeni Aparat rəhbəri təyin edilib.
Bu vəzifəyə Qasım Əliyev gətirilib.
Q. Əliyev 1998-2015-ci illərdə Dövlət Statistika Komitəsində aparıcı iqtisadçı, baş məsləhətçi, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində işləyib. 2016-cı ildən Komitənin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Qeyd edək ki, DSK-nın sabiq Aparat rəhbəri Cabbar Musayev ötən ay Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.