https://innews.media/uploads/news/2024-12/_innews_689ec4f5b61e3637adc3a16d6_o.jpg
Milli Məclis Aparatının 2 əməkdaşı hakim təyin olunub.
Prezident İlham Əliyevin “Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında” Sərəncamı ilə hakim təyin olunmuş şəxslər arasında Milli Məclis Aparatının 2 əməkdaşı da var.
Həmin sərəncama əsasən, Milli Məclis Aparatının əməkdaşları Müslümov Bəhruz Firizman oğlu Gəncə Ağır Cinayətlər Məhkəməsinin, Leyla Şahin qızı Şövkətli-Mənsimli isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimləri təyin olunublar.