logo
“Gənclərin Rəqəmsal Marketinq Zirvəsi” layihəsi həyata keçirilib

“Gənclərin Rəqəmsal Marketinq Zirvəsi” layihəsi həyata keçirilib

“Gənclərin Rəqəmsal Marketinq Zirvəsi” layihəsi həyata keçirilib “Gənclərin Rəqəmsal Marketinq Zirvəsi” layihəsi həyata keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının və “AYAFE” Gənclər Təşkilatının tərəfdaşlığı ilə “Gənclərin Rəqəmsal Marketinq Zirvəsi” layihəsi baş tutub.

Rəqəmsal marketinq sahəsi üzrə müasir marketinq bazarının tələblərinə uyğun, peşəkar kadrların yetişməsinə zəmin yaratmaq məqsədilə həyata keçirilən layihə çərçivəsində 4 təlim baş tutmuşdur. Layihədə müsahibə nəticəsində uğurlu seçilmiş 30 gənc iştirak hüququ qazanmışdır.

İlk təlim “Expressbank”-ın rəqəmsal marketinq mütəxəssisi Pərviz Seyidli tərəfindən “Rəqəmsal marketinqə giriş” mövzusunda həyata keçirilib. Növbəti təlimlər aparıcı mətn yazarı Teybə Səfərova tərəfindən “Məzmun marketinqi və strategiyası” mövzusunda,  Hyper MMC-nin rəqəmsal marketoloqu Əlibaba Əlihəsənov tərəfindən “Sosial media marketinqi” mövzusunda baş tutub.

Son təlim isə Pərviz Seyidlinin təqdimatında “Axtarış motoru marketinqi – SEO” mövzusunda baş tutub. Son təlimdə iştirakçılara Google Ads ilə reklam vermə strategiyaları, yerli bazar üçün SEM strategiyaları: problemlər və həllər, SEO və SEM arasındakı fərqlər: inteqrasiya yolları, rəqabət analizi və açar sözlərin araşdırılması, performansın ölçülməsi və optimizasiya kimi mövzulardan bəhs olunub.

Layihə çərçivəsində gənclərə araşdırma, reklamvermə, analiz etmə və nəticələri təqdim etmək bacarıqları qazandırmaq, marketinqə həm nəzəri, həm də praktiki istiqamətdən yanaşmaq, keyfiyyətli kontent yaratmaq kimi bacarıqların inkişaf etdirilməsi əsas məqsəd olmuşdur.

Layihə iştirakçıların təltifetməsi və bağlanış mərasimi ilə yekunlaşmışdır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media