logo
De Bur sarayının kaminləri

De Bur sarayının kaminləri

De Bur sarayının kaminləri De Bur sarayının kaminləri

Azərbaycan Milli İncəsənət Muzeyi  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakıdakı Rus Evinin “Humanitar Missiya Proqramı”nın dəstəyi ilə “De Bur sarayının kaminləri” adlı elmi-tədqiqat layihəsini təqdim edir. Bu məqsədlə  birgə tədqiqat işlərini həyata keçirmək üçün “Keramarx” Memarlıq Bədii Keramika  Muzeyinin – “Pallada” Bərpa-istehsalat şirkətinin  və “Keramarx” muzeyinin direktoru  K.V. Lixolat, Rusiya Federasiyasının  Əməkdar mədəniyyət işçisi, “Keramarx” Memarlıq Bədii Keramika  Muzeyinin kuratoru M.L. Makoqonova və həmin muzeyin elmi məsləhətçisi, iqtisad elmləri namizədi A.I. Rodenkov dəvət edilmişdir.

Ekspertlərin iştirakı ilə bir sıra tədbirlər keçiriləcək. Bunlara  Azərbaycan Milli İncəsənət Muzeyinin yerləşdiyi De Bur Sarayının  interyerləri və  muzeyin fondu ilə tanışlıq, kaminlərin ölçülərinin götürülməsi və  foto çəkilişləri, həmçinin kamin elementlərinin skan edilməsi daxildir. Eyni zamanda, Bakı şəhərində yerləşən  bəzi tarixi binalarda memarlıq  tərtibatının araşdırılması da  nəzərdə tutulur.

Layihənin məqsədi: muzey ziyarətçilərinə De Bur Sarayının kaminlərinin tarixi və bədii dəyəri barədə dolğun məlumat təqdim etmək, onların memarlıq və mədəni irsdəki əhəmiyyətini aydınlaşdırmaqdır. Layihə çərçivəsində aşağıda qeyd olunan  mövzularda bir neçə məruzələr keçiriləcək:

4.12.24., saat 19:00-da  “Memarlıq keramikasının  bərpası. Texnologiya. Nümunələr.” Məruzəçi: K.V. Lixolat.

5.12.24., saat 17:00-da  “Ekspozisiya və kolleksiya işinə əsas yanaşmalar.” Məruzəçi:

M.L. Makoqonova.

7.12.24., saat 17:00-da  “Keramarx” Muzeyinin nəşr layihələrinin icmalı.” Məruzəçi A.İ.Rodenkov.

Layihəni Kütləvi İnformasiya Vasitələrində işıqlandırmaq, eləcə də KİV nümayəndələrini marqalandıran sualları cavablandırmaq məqsədilə  Azərbaycan Milli İncəsənət Muzeyində 3 dekabr 2024-cü il tarixində saat 12:00-da dəvət olunmuş mütəxəssislərin iştirakı ilə press- konfrans keçiriləcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media