logo
Azərbaycan voleybol çempionatı: yeni mövsümə start verilir

Azərbaycan voleybol çempionatı: yeni mövsümə start verilir

Azərbaycan voleybol çempionatı: yeni mövsümə start verilir Azərbaycan voleybol çempionatı: yeni mövsümə start verilir

Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsümə dekabrın 3-də start veriləcək.

Həm qadınların, həm də kişilərin Yüksək Liqasında 6 komanda mübarizə aparacaq. Reqlamentə əsasən liqalar 2 dövrədən ibarət olacaq (ev-səfər) və oyunlar dairəvi sistem üzrə keçiriləcək. Bu dövrələrdən sonra ilk 4 pilləni tutacaq komandalar play-off mərhələsinə yüksələcəklər.

Qadınlar: “AZERRAIL”, “Abşeron”, “Murov Az Terminal”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, “UNEC”.

Kişilər: MOİK, “Murov Az Terminal”, “AZERRAIL”, “Xilasedici”, “Gənclər”, “Neftçi”.

Ölkə çempionatının 2024-2025-ci illər mövsümündə ilk qarşılaşmaları qadın komandaları arasında keçiriləcək. Dekabrın 3-də qadınların Yüksək Liqasında birinci turun oyunları baş tutacaq. Kişilərin mübarizəsində isə birinci turun oyunları 4-5 dekabr tarixlərində təşkil olunacaq.

Birinci turun oyun cədvəlləri

Azərbaycan çempionatı

Yüksək Liqa (qadınlar)
I tur
3 dekabr

14:00. “Gəncə” - “Abşeron”
Ünvan: Gəncə İdman sarayı

15:00. “Milli Aviasiya Akademiyası” - “AZERRAIL”
Ünvan: GİN-nin Voleybol Mərkəzi

17:00. “Murov Az Terminal” - UNEC
Ünvan: Murov Az Terminal VK-nın idman zalı

Yüksək Liqa (kişilər)
I tur
4 dekabr

15:00. “Murov Az Terminal” - MOİK
Ünvan: Murov Az Terminal VK-nın idman zalı

17:00. “Neftçi” - “AZERRAIL”
Ünvan: GİN-nin Voleybol Mərkəzi

 

5 dekabr

16:00. “Gənclər” - “Xilasedici”
Ünvan: Sumqayıt OİK

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media