Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 4-cü turun açılış oyunu keçirilib. Abşeron Olimpiya İdman Kompleksində baş tutan qarşılaşmada "Abşeron" və "Naxçıvan" klubları üz-üzə gəliblər.
Oyunun əvvəlində hesabda geri olan "Naxçıvan" klubu, son dövrədə möhtəşəm geri dönüş edərək 72-68 hesabı ilə qələbə qazanıb. Bu nəticə ilə komanda ardıcıl dördüncü qələbəsini əldə edərək "A" qrupunda liderliyə yüksəlib.
4-cü turun digər oyunları isə 29 noyabr, 30 noyabr və 1 dekabr tarixlərində keçiriləcək. Qarşılaşmaların cütlükləri belədir:
Ən son xəbərləri səhifəmizdən də izləyin