logo
Azərbaycan 21-ci Ankara Kitab Sərgisində qonaq ölkə oldu

Azərbaycan 21-ci Ankara Kitab Sərgisində qonaq ölkə oldu

Azərbaycan 21-ci Ankara Kitab Sərgisində qonaq ölkə oldu Azərbaycan 21-ci Ankara Kitab Sərgisində qonaq ölkə oldu

Ankarada keçirilən kitab sərgisində Azərbaycan qonaq ölkə olub. ATO Congresium Mərkəzində təşkil olunan 21-ci Ankara Kitab Sərgisinin açılış mərasimində Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxış edərək, sərginin tarixində ilk dəfə olaraq, Azərbaycanın qonaq ölkə olduğunu qeyd edib və təşkilatçılara Azərbaycana göstərilən diqqətə görə təşəkkür edib. Səfir hər il Ankarada keçirilən, kitabsevərlərin böyük maraq göstərdiyi bu kitab sərgisinin Azərbaycan ədəbiyyatının türk oxuculara təqdim olunması üçün önəmli platforma olduğunu bildirib. Sərginin beynəlxalq fəxri qonağı olan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov kitabın və mütaliənin insanın dünyagörüşünün formalaşmasına təsirindən danışıb. O, kitab sərgilərinin cəmiyyətə mütaliə alışqanlığı qazandırmadakı roluna toxunaraq 21-ci Ankara Kitab Sərgisinə fəaliyyətində uğurlar diləyib.

Sərginin açılış mərasimində Azərbaycanda fəaliyyət göstərən nəşriyyatların nümayəndələri də iştirak ediblər.

Sərginin açılış mərasiminin ardından qonaq ölkə qismində  Azərbaycanın kitab stendinin açılışı baş tutub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycanın Türkiyədəki Səfirliyinin tabeliyindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış kitab stendinin açılışında Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu iştirak edib. Açılış mərasimində Azərbaycan Mədəniyyət Mərkəzinin rəsq kollektivinin ifası ilə milli rəqslər də təqdim olunub.

10 gün davam edəcək sərgidə Azərbaycanın müxtəlif nəşriyyatlarında işıq üzü görmüş kitablar sərgilənir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media