logo
Dövlət Komitəsinin sədri Naxçıvanda vətəndaşları qəbul edib

Dövlət Komitəsinin sədri Naxçıvanda vətəndaşları qəbul edib

Dövlət Komitəsinin sədri Naxçıvanda vətəndaşları qəbul edib Dövlət Komitəsinin sədri Naxçıvanda vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 29-da Naxçıvan şəhərində vətəndaşları qəbul edib.

Qəbul zamanı Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşlar dini təhsil, müqəddəs kitabları öyrənmə kurslarının yaradılması üçün icazənin alınması, məscidin dini ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər.

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru və Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media