https://innews.media/uploads/news/2024-11/_innews_89683de3966d880fb1bd2034c_o.jpg
Azərbaycanın 16 yaşadək voleybolçu qızlardan ibarət milli komandası Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.
Yarış 20-23 noyabr 2024-cü il tarixlərində Polşada keçiriləcək. Çempionatda Azərbaycan, Latviya, Gürcüstan, Ukrayna, Litva, Estoniya və ev sahibi olan Polşa komandası mübarizə aparacaq. B qrupunda yer alan millimizin rəqibləri Litva, Ukrayna və Estoniya kollektivləridir.
Qeyd edək ki, yarış “AVRO-2025”ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin