logo
“Jewish Press”: “Washington Post” Azərbaycana və İsrailə hücum etməklə özünün qərəzsiz olmadığını göstərdi

“Jewish Press”: “Washington Post” Azərbaycana və İsrailə hücum etməklə özünün qərəzsiz olmadığını göstərdi

“Jewish Press”: “Washington Post” Azərbaycana və İsrailə hücum etməklə özünün qərəzsiz olmadığını göstərdi “Jewish Press”: “Washington Post” Azərbaycana və İsrailə hücum etməklə özünün qərəzsiz olmadığını göstərdi

Bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham beynəlxalq yəhudi mediasının populyar nəşri “The Jewish Press”də dərc olunmuş məqaləsində yazıb.

“Washington Post”un İsrail və Azərbaycanla bağlı düşməncəsinə yazılarına son qoyulmalıdır” başlıqlı məqalədə adı çəkilən qəzetdə son vaxtlar sözügedən ölkələrə münasibətdə qərəzli məqalələrin dərci məsələsinə toxunulub.

Qeyd olunub ki, İsrail “Washington Post”un hücum etməyə aludə olduğu yeganə ABŞ müttəfiqi deyil, Azərbaycan da bu qəzetin qərəzli tənqidinə tuş gəlib. Ölkəmizə qarşı irəli sürülən həqiqətə zidd ittihamlara cavab olaraq diqqətə çatdırılıb ki, Azərbaycan regionda oturuşmuş multikulturalizm ənənələrinə, dini plüralizmə və başqalarına qarşı tolerantlığa malik ən mütərəqqi dövlətlərdəndir. Azərbaycanda məscidlərin yanında kilsələr və sinaqoqlar tam sərbəst fəaliyyət göstərir, bu ölkədə dini etiqad və söz azadlığına böyük ehtiram mövcuddur.

Müəllif “Washington Post”u Azərbaycana hücum etməkdənsə, insan hüquqlarını tapdalamaq üçün səylərini əsirgəməyən, beynəlxalq terrorizmi dəstəkləyən rejimlərə təzyiq göstərməyə çağırıb. O bildirib ki, bu qəbildən addımları ilə “Washington Post”  ABŞ-nin müttəfiqlərinə dəyər verməyən qərəzli məlumat mənbəyi olduğunu nümayiş etdirib.

Eyni zamanda diqqətə çatdırılıb ki, “Washington Post” bu məsələdə tək deyil. Belə ki, bu yaxınlarda Avropa Parlamentində sözügedən qəzetin məqaləsində irəli sürülən ittihamlara oxşar arqumentlərə istinad edilərək Azərbaycanın əleyhinə qətnamə qəbul olunub. Bu, onu göstərir ki, “Washington Post”  beynəlxalq terrorizmlə mübarizədə ABŞ-nin yanında dayanan və Ukraynadakı müharibə fonunda Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən Azərbaycana qarşı mənfi rəftarında tək deyil. Sonda müəllif ABŞ mediasının nəhəngini Azərbaycana və İsrailə qarşı qərəzli fəaliyyətinə son qoymağa çağırıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.jewishpress.com/indepth/opinions/washington-post-hostile-coverage-of-israel-azerbaijan-must-end/2024/11/06/

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media