Dünya nağıl aləminə əvəzsiz töhfə vermiş Hans Anderssenin vətənində - İsveçdə yaşayan yazıçı, Azərbaycan diasporunun fəal üzvü Eluca Atalının iştirakı ilə nağıl axşamı və oxucularla görüş keçirilib. Tədbir “Vətən” cəmiyyətinin idarə heyətinin üzvü Nigar Səfər Sadiqinin təşkilatçılığı ilə Kopenhagenin mərkəzindəki Vallensbek kütləvi kitabxanasında baş tutub.
Azərbaycanlı və danimarkalı uşaqlar valideynləri ilə birlikdə nağıl axşamında iştirak edib, müəllifin uşaqlar üçün yazdığı əsərlərin qısa məğzi və mahiyyəti ilə tanış olublar.
Daha sonra iştirakçılar üçün "Odunçunun nağılı" əsəri oxunub. Vətən cəmiyyətinin idarə heyətinin üzvü Nigar Səfər Sadiqi əsərdə adı çəkilən hər bir ağacın fiqurunu, ona dair musiqini uşaqlara nümayiş etdirib. Eyni zamanda Naxçıvan Milli Dram Teatrının səhnələşdirdiyi nağıldan fraqmentlər uşaqlara göstərilib. Danimarkada yaşayan soydaşımız İlahə Mələk Bilən danışıqları danimarka dilinə tərcümə edib.
Ən son xəbərləri səhifəmizdən də izləyin