logo
Berlində Azərbaycan Mədəniyyət və Ədəbiyyat Dərnəyi fəaliyyətini bərpa edib

Berlində Azərbaycan Mədəniyyət və Ədəbiyyat Dərnəyi fəaliyyətini bərpa edib

Berlində Azərbaycan Mədəniyyət və Ədəbiyyat Dərnəyi fəaliyyətini bərpa edib Berlində Azərbaycan Mədəniyyət və Ədəbiyyat Dərnəyi fəaliyyətini bərpa edib

Almaniyanın paytaxtı Berlində Azərbaycan Mədəniyyət və Ədəbiyyat Dərnəyi (İşıq Yol) bir müddət fasilədən sonra cənubi azərbaycanlı Şərifə Cəfərinin rəhbərliyi ilə yenidən fəaliyyətə başlayıb.

Dərnək ilk olaraq Zəfər Günü münasibətilə tədbir keçirib. Tariximizə qızıl hərflərlə yazılmış Zəfər günündən bəhs olunub, şəhidlərimiz ehtiramla anılıb.

Daha sonra dərnəyin fəaliyyət planı, mədəniyyət və media sektorlarının formalaşdırılması, gələcəkdə keçiriləcək təlimlərin təşkili məsələləri müzakirə olunub. Dərnəyin Azərbaycan mədəniyyətinin və ədəbiyyatının yayılmasına töhfə verəcəyinə inam ifadə edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media