https://innews.media/uploads/news/2024-11/_innews_9cf5f5b371ca73d9a0208d39f_o.jpg
Artıq ADY-nin Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları ilə hərəkət edən bütün “Stadler” qatarlarında pulsuz “Wi-Fi” xidməti aktivdir.
İnternet bağlantısı sərnişinlər üçün kommunikasiya əlçatanlığını, yazışmanı, onlayn axtarışı və digər xidmətləri təmin edir.
Sərnişindaşıma xidmətinin keyfiyyətini innovativ həllərlə yüksəldən ADY həmçinin stansiya və vağzallarda mövcud olan “Wi-Fi” zonalarında internet bağlantısının keyfiyyətini yaxşılaşdırıb.