logo
Energetika naziri COP29 tədbiri zamanı bir sıra görüşlər keçirib

Energetika naziri COP29 tədbiri zamanı bir sıra görüşlər keçirib

Energetika naziri COP29 tədbiri zamanı bir sıra görüşlər keçirib Energetika naziri COP29 tədbiri zamanı bir sıra görüşlər keçirib

Energetika naziri Pərviz Şahbazov COP tədbiri çərçivəsində Pakistanın neft üzrə dövlət naziri Musadik Malik və “CESI SpA” şirkətinin Baş icraçı direktoru Nikola Melchiotti ilə görüşüb.

Pakistanın neft  və su resursları naziri Musadik Malik ilə görüşdə iki ölkə arasında yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə edilib. Xüsusilə, ikitərəfli əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində və enerji sahəsində müxtəlif əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsində, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin iyul ayında Pakistana etdiyi dövlət səfərinin mühüm rolu vurğulanıb. Neft məhsullarının ticarəti, neft-qaz infrastrukturu layihələri üzrə Pakistan Dövlət Neft Şirkəti (PSO) ilə SOCAR arasında əməkdaşlıq imkanları dəyərləndirilib. İkitərəfli məsləhətləşmələrin sürətləndirilməsi qeyd olunub.

Bərpa olunan enerji sahəsində də əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Pakistan COP29-un enerji təşəbbüslərinə qoşulmağa dəvət edilib.

“CESI SpA” şirkətinin Baş icraçı direktoru Nikola Melkiotti ilə görüşdə “Xəzər - Qara dəniz - Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) cari vəziyyəti, tədqiqatın ilkin nəticələri dəyərləndirilib. Həmçinin “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji inkişafı və ötürülməsi layihəsinin” texniki-iqtisadi əsaslandırmasına məsləhətçi şirkət kimi cəlb olunmuş “CESI SpA” şirkətinin bu istiqamətdə fəaliyyəti ilə bağlı müzakirələr aparılıb. Layihəyə Bolqarıstanın qoşulması, Mərkəzi Asiya ölkələrindən bərpa olunan enerjinin bu dəhlizlə nəqli, infrastrukturun maliyyələşməsi və Avropa şirkətlərinin iştirakı məsələləri nəzərdən keçirilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media