logo
"Azərsun Holdinq"in pavilyonuna maraq BÖYÜKDÜR!

"Azərsun Holdinq"in pavilyonuna maraq BÖYÜKDÜR!

"Azərsun Holdinq"in pavilyonuna maraq BÖYÜKDÜR! "Azərsun Holdinq"in pavilyonuna maraq BÖYÜKDÜR!

Dünya əhəmiyyətli beynəlxalq layihə COP29-un Dayanıqlı İnkişaf Tərəfdaşı "Azərsun Holdinq"in Yaşıl zonada yerləşən pavilyonunda ilk ziyarətçiləri qonaq edir.

Media nümayəndələri və müxtəlif şirkətlərin əməkdaşları pavilyon daxilində keçirilən tədbirdə iştirak edib, müzakirələrə qoşulublar. Mövzular əsas etibarilə ilə süni intellekt və təkrar emal ilə bağlı olub.

Daha sonra qonaqlar "Azərsun Holdinq"in pavilyonunda yayımlanan dayanıqlı inkişafla bağlı videolarını izləyiblər. Gələnləri doğma çay markası "Azerçay" çaya qonaq edib.

Qeyd edək ki, 1991-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Azərsun Holdinq” dayanıqlı inkişafın təminatı üçün illərdir müxtəlif layihələr həyata keçirir. Bunun nəticəsidir ki, ölkəmizdə keçirilən dünya əhəmiyyətli, beynəlxalq layihə olan COP29-un Dayanıqlı İnkişaf tərəfdaşı olaraq çıxış edir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media