logo
Aktauda Zəfər Günü qeyd edilib

Aktauda Zəfər Günü qeyd edilib

Aktauda Zəfər Günü qeyd edilib Aktauda Zəfər Günü qeyd edilib

Qazaxıstan Respublikasının Aktau şəhərində fəaliyyət göstərən Yessenov Universitetində 8 Noyabr – Zəfər Günü münasibətilə açıq dərs keçirilib. Dərs universitetdə fəaliyyət göstərən Azərbaycan Mərkəzi tərəfindən təşkil olunub.

Mərkəzinin direktoru İlkin Orucov çıxış edərək bu əlamətdar günün Azərbaycan üçün əhəmiyyətini vurğulayıb. O, Şuşanın azad olunmasına gətirib çıxaran qəhrəmanlıq hadisələrindən və 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbədən bəhs edib.

Azərbaycan Mərkəzinin tələbələri tarixi hadisələrə, qəhrəmanlara və Azərbaycan tarixinin faciəli səhifələrinə həsr olunmuş məruzələrlə çıxış edib, Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı qəhrəmanlıq mübarizəsindən danışıblar.

Tədbirin sonunda Zəfər Gününə həsr olunmuş tarixi kadrları göstərən və Azərbaycan xalqının qəhrəmanlığından bəhs edən videoçarx göstərilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media