Gürcüstanın Dmanisi şəhərində fəaliyyət göstərən Dmanisi Tədris Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycan və Gürcüstanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra mərkəzin rəhbəri Kamran Xıdırov çıxış edərək Zəfər gününün əhəmiyyəti barədə danışıb.
“Qəhrəman Azərbaycan Ordusunun erməni işğalçıları üzərində tarixi qələbəsinin 4-cü ildönümünü qeyd edirik. 8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin qızıl səhifəsi, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır”,- K. Xıdırov qeyd edib.
Tədbirin sonunda mərkəzin üzvləri Vətən müharibəsinə həsr olunmuş səhnə əsəri nümayiş etdirib, şeirlər səsləndiriblər. Gənc rəssam Rəvan Nəbiyevin Vətən müharibəsi mövzusunda əl işləri və rəsmləri nümayiş olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin