logo
Pyatiqorskda Zəfər Günü qeyd edilib

Pyatiqorskda Zəfər Günü qeyd edilib

Pyatiqorskda Zəfər Günü qeyd edilib Pyatiqorskda Zəfər Günü qeyd edilib

Rusiya Federasiyasının Stavropol diyarının Pyatiqorsk şəhərində “Araz” Pyatiqorsk Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti tərəfindən təşkilatın mərkəzi ofisində Zəfər Günü qeyd olunub.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə AMMM “Araz”ın Pyatiqorsk şəhəri üzrə sədr əvəzedicisi Mübariz Osmanov, müavinlər Cavanşir İsmayılov və İlqar Süleymanov çıxış edərək Azərbaycanın 44 günlük haqq savaşında qazandığı qələbənin nəinki ərazi bütövlüyümüzün, suverenliyimizin, eləcə də milli qürurumuzun bərpası ilə nəticələndiyini söyləyiblər.

“Xarı bülbüllər” uşaq rəqs ansamblı çıxış edərək tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Sonda təşkilatın fəaliyyətinə il ərzində fəal şəkildə töhfə verən icma üzvləri fəxri fərmanlarla təltif olunublar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media