COP29 tədbirində Yaşıl Zonada yerləşən Azərbaycan QHT-lərinin məkanı olan Pavilyonda Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə qurulmuş, 85 ölkənin QHT-lərini öz ətrafında birləşdirən “COP29 QHT Koalisiyası”-nın üzvləri ilə görüş keçirilib. Görüşdə UNESCO-nun Sülh Rəssamı və Earthsavers DREAMs Beynəlxalq UNFCCC Statuslu təşkilatın rəhbəri xanım Cecile Alvarez, Earthsavers Kolumbiya təşkilatının ölkə üzrə nümayəndəsi Viktor Sebek və Fransanın Energies 2050 təşkilatının İcraçı Direktoru Stephane Pouffary iştirak ediblər.
Azərbaycan QHT-lərinin nümayəndələri ilə birlikdə, Davud Rehimli və Ramil İskəndərli qlobal əməkdaşlıq, ekologiya və davamlı inkişaf istiqamətində fikir mübadiləsi aparıblar. Qonaqlar Ramil İskəndərlini və Davud Rehmlini 16 noyabrda Bakıda COP29 çərçivəsində keçirəcəkləri tədbirə dəvət ediblər.
Ən son xəbərləri səhifəmizdən də izləyin