logo
Bolnisidə Zəfər Günü münasibətilə tədbir keçirilib

Bolnisidə Zəfər Günü münasibətilə tədbir keçirilib

Bolnisidə Zəfər Günü münasibətilə tədbir keçirilib Bolnisidə Zəfər Günü münasibətilə tədbir keçirilib

Bolnisi rayonunda fəaliyyət göstərən "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"ndə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

İlk olaraq Azərbaycan və Gürcüstanın Dövlət himnləri səsləndirilib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin icraçı direktoru Rezo Həsənov çıxış edərək Zəfər Gününün qeyd olunmasının Azərbaycan xalqının tarixi qələbəsini gələcək nəsillərə ötürdüyünü, onlara vətənpərvərlik ruhu aşıladığını söyləyib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharəti ilə Azərbaycan Ordusunun qazandığı bu qələbəyə millətin əzm və iradəsinin, ölkənin iqtisadi gücünün, illərlə aparılan müasir ordu quruculuğunun və xalq-iqtidar birliyinin böyük töhfə verdiyini bildirib.

Tədbir iştirakçıları çıxışlarında Vətən müharibəsi haqqında öz fikir və təəssüratlarını bölüşüb. 44 gün davam edən və zəfərlə bitən müharibə nəticəsində Azərbaycan xalqının işğaldan azad olunmuş əzəli və əbədi torpaqlarına qürur və sevinclə qayıdışını xüsusi vurğulayıblar.

Tədbirdə əslən Gürcüstandan olan Vətən müharibəsi şəhidlərinə həsr olunmuş rəsm sərgisi təşkil edilib.

Sonda vətənpərvərlik mövzusunda şeir və musiqilər səsləndirilib, Zəfər gününə həsr olunmuş qısametrajlı film göstərilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media