logo
Zəfər Günü Samsunda qeyd edilib

Zəfər Günü Samsunda qeyd edilib

Zəfər Günü Samsunda qeyd edilib Zəfər Günü Samsunda qeyd edilib

8 Noyabr – Zəfər Günü Samsunun mərkəzində - Cümhuriyyət meydanında qeyd edilib.

Orta Qaradəniz Azərbaycan Türkləri və Türk Soylular Dərnəyinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Zəfəri bizə yaşadan şəhidlərimizin əziz xatirəsi yad edilib. Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirlib.

Mərasimdə Samsunda yaşayan soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri iştirak edib. İştirakçılar əllərində Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırıb, vətənpərvilik ruhunda şeir və mahnılar ifa ediblər. Dərnəyin fəalları şəhidlərimizin təsviri əks olunmuş köynəklər geyinib.

Proqramda çıxış edən Orta Qaradəniz Azərbaycan Türkləri və Türk Soylular Dərnəyinin sədri Dr. Məsudə Vəliyeva Altun 44 gün ərzində baş verənlər, cəbhədən aldığımız müjdəli xəbərlər və bütövlükdə Vətən müharibəsinin geniş xronikası barədə tədbir iştirakçılarına məlumat verib.

Qeyd olunub ki, 8 Noyabr – Zəfər Günü xalqımızın çoxəsrlik tarixinə əbədi həkk olunan şanlı gündür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və hərbçilərimizin qəhrəmanlığı 30 illik işğala 44 gündə son qoyulub, suverenliyimiz bərpa edilib. Vətən müharibəsindən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilməsi Azərbaycan dövlətinin gücünün göstəricisi kimi qiymətləndirilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin