Ölkəmizin Səfirliyinin təşəbbüsü və yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə Perunun paytaxtı Lima şəhərinin ən populyar "Circuito Mágico Del Agua" mərkəzi parkının musiqili fəvvarələri xüsusi lazer işıqlandırma texnologiyası ilə Zəfər Gününə həsr olunmuş videoproyeksiya nümayiş olunub, park Azərbaycanın bayrağının rənglərinə bürünüb.
Parkı ziyarət edən minlərlə şəhər sakininə Azərbaycanın Zəfər Günü, işğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa işləri, "Xarıbülbül" beynəlxalq musiqi festivalı, eləcə də ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti barədə videoçarxlar nümayiş etdirilib. Azərbaycan bəstəkarlarının musiqiləri səsləndirilib.
Nümayiş parkın çoxsaylı qonaqları tərəfindən böyük maraqla qarşılanıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin