Aksiya çərçivəsində BAAU-nun akademik-inzibati heyəti və tələbələri universitetə piyada, velosiped, skuter və ya ictimai nəqliyyat vasitələrindən istifadə edərək gəliblər.
Aksiyanın məqsədi 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, Dayanıqlı İnkişaf Məqsədlərindən olan "İqlim dəyişikliyinə qarşı mübarizə" mövzusunda maarifləndirməişləri aparmaq, həmçinin ölkəmizin ev sahibliyi etdiyi COP29 çərçivəsində ekoloji məsuliyyətin artırılmasını təşviq etməkdir.
Digər ali, orta ixtisas, ümumi və peşə təhsili müəssisələrini aksiyaya qoşulmağa dəvət edirik.
Təşəbbüsün həyata keçirilməsində göstərilən təşkilati dəstəyə görə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, "Bakı Metropoliteni" QSC və "BakuBus" MMC-yə təşəkkür edirik.
Ən son xəbərləri səhifəmizdən də izləyin