logo
Azərbaycan Milli Konservatoriyasında Vətən Müharibəsində Qələbə Gününə həsr olunmuş qala-konsert keçirilib

Azərbaycan Milli Konservatoriyasında Vətən Müharibəsində Qələbə Gününə həsr olunmuş qala-konsert keçirilib

Azərbaycan Milli Konservatoriyasında Vətən Müharibəsində Qələbə Gününə həsr olunmuş qala-konsert keçirilib Azərbaycan Milli Konservatoriyasında Vətən Müharibəsində Qələbə Gününə həsr olunmuş qala-konsert keçirilib

6 noyabr Azərbaycan Milli Konservatoriyasında Vətən Müharibəsində Qələbə Gününə həsr olunmuş qala-konsert keçirilmişdir.

Bu yaddaqalan tədbir Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsində qazandığı böyük qələbənin dörd illiyini qeyd etmək üçün çoxsaylı qonaqları bir araya gətirdi.

Salamlama nitqləri ilə STMEGI-Azərbaycan Humanitar Fondunun rəhbəri Şaul Davıdov; Azərbaycanın Rus İcması rəhbərinin birinci müavini Dmitriy Anisimov; Azərbaycanın Rus Gəncləri Assosiasiyasının rəhbəri Sergey Danilov; Azərbaycanın Milli Qəhrəmanının qardaşı, Rus İcmasının Nizami rayonunun rəhbəri Vitaliy Kovalyov; II Qarabağ Müharibəsi veteranı Pavel Zorin çıxış ediblər.

Dərin minnətdarlıq və hörmət əlaməti olaraq tədbirin təşkilatçıları veteranlara xatirə hədiyyələri verdilər.

Konsert proqramı R.Hacıyev adına 15 nömrəli 11-illik musiqi məktəbinin şagirdləri, Azərbaycan Milli Konservatoriyasının tələbələri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunları və tələbələri,  Azərbaycanın Rus Gəncləri Assosiasiyasının nümayəndələri, Azərbaycan Dövlət Musiqi Akademiyasının tələbələri, “Səs Azərbaycan” layihəsinin iştirakçıları, eləcə də Xəzər Universitetinin rəqs ansamblının ifasında təsirli musiqi və rəqs nömrələrindən ibarət idi.

Tədbir Azərbaycanın Rus İcması, STMEGI-Azərbaycan Humanitar Fondu və Azərbaycanın Rus Gəncləri Assosiasiyası tərəfindən təşkil olunmuşdur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media