logo
"AZMUN-Diplomatik Debat" layihəsi həyata keçirilib

"AZMUN-Diplomatik Debat" layihəsi həyata keçirilib

"AZMUN-Diplomatik Debat" layihəsi həyata keçirilib "AZMUN-Diplomatik Debat" layihəsi həyata keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “ADAMUN"-un təşkilatçılığı ilə "AZMUN-Diplomatik Debat" layihəsi həyata keçirilib.

Layihə 2 gündən ibarət olmaqla Azərbaycan və ingilis dilində “ADA” universitetində həyata keçirilmiş, Azərbaycan dilində "Cənubi Çin dəniz konflikti", ingilis dilində" Ölkələrarası münaqişələrin humanitar həlli" mövzusunda müzakirə baş tutmuşdur.

2 gün davam edən layihənin əsas məqsədi diplomatiya və bənzər ixtisaslarda təhsil alan gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onlar arasında komanda quruculuğu və komanda ruhunu təmin etməkdir.

Qeyd edək ki, layihədə 16-26 yaş aralığında qeydiyyatdan keçmiş və müsahibə əsasında uğurlu hesab edilən 20 gənc iştirak etmişdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media