Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında vətəndaş müraciətlərinə baxılması və sosial hüquqların daha effektiv təmin edilməsi sahəsində birgə əməkdaşlıq istiqamətləri mövzusuna həsr olunmuş görüş keçirilib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, hər iki qurumun müvafiq struktur bölmələrinin rəhbərləri və digər məsul vəzifəli şəxsləri iştirak ediblər.
Görüş zamanı əhalinin sosial hüquqlarının təmini sahəsində hər iki qurumun ünvanına daxil olan müraciətlərin araşdırılması, bu sahədə qarşıya çıxan problemlərin birgə həlli, vətəndaş məmnunluğunun təmini, hüquqi maarifləndirmə istiqamətləri və bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Yekunda qeyd olunan sahələrdə daha səmərəli əməkdaşlığın təmin edilməsi məqsədilə qurumlar arasında mövcud məlumat mübadiləsinin təkmilləşdirilməsi, insan hüquqlarının təşviqi sahəsində maarifləndirici tədbirlərin keçirilməsinin zəruri olduğu diqqətə çatdırılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin