https://innews.media/uploads/news/2024-11/_innews_4a1698b73113b65a6bebf3177_o.jpg
SOCAR-ın “Azəriqaz” İB rəhbərliyinin Hacıqabul rayonunda vətəndaş qəbulu keçiriləcək.
06 noyabr saat 12:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Hacıqabul və Şirvan rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Salyan Regional qaz istismarı İdarəsinə (tel: 050-845-93-11; 055-510-59-95) müraciət edə bilərlər.