logo
Dövlət Gömrük Komitəsi Füzulidə Zəfər Gününə həsr olunmuş tibbi aksiya keçirib

Dövlət Gömrük Komitəsi Füzulidə Zəfər Gününə həsr olunmuş tibbi aksiya keçirib

Dövlət Gömrük Komitəsi Füzulidə Zəfər Gününə həsr olunmuş tibbi aksiya keçirib Dövlət Gömrük Komitəsi Füzulidə Zəfər Gününə həsr olunmuş tibbi aksiya keçirib

2 noyabr 2024-cü ildə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” və “Avita” MMC-nin birgə təşkilatçılığı ilə Füzuli şəhərində qazi və şəhid ailələri üçün 8 Noyabr - Zəfər Gününə həsr edilmiş tibbi xeyriyyə aksiyası keçirilib. Tədbirdə Gömrük Komitəsinin nümayəndələri, Mərkəzi Gömrük Hospitalının tibbi personalı və Füzuli sakinləri iştirak ediblər.

Mərkəzi Gömrük Hospitalının həkimləri kardioloji, uroloji, endokrinoloji və digər tibbi xidmətlər göstərərək 250 nəfərə müayinə və müalicə təklif ediblər. Müayinədən keçənlərə dərman preparatları paylanılıb.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi əvvəlki illərdə də Cocuq Mərcanlı, Horadiz, Ağalı, Tərtər, Lənkəran, Astara, Yevlax və digər bölgələrdə oxşar tibbi aksiyalar təşkil edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media