Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kişi voleybolçular arasında təşkil olunan ölkə kubokunda yarımfinal oyunları keçirilib.
Bu gün GİN-in Voleybol Mərkəzində ilk olaraq “AZERRAIL” və “Murov Az Terminal” klubları üz-üzə gəliblər. Gərgin keçən bu oyunda qalib tay-brekdə müəyyən olunub. “AZERRAIL” 3:2 hesabı ilə qələbə qazanaraq finala yüksəlib.
Günün növbəti qarşılaşması isə “Neftçi” və “Xilasedici” komandaları arasında olub. Bu oyunda 3:1 hesabı ilə qalib gələn “Xilasedici” finala vəsiqə qazanıb.
Beləliklə, kişilərin mübarizəsində finalda (4 noyabr) “AZERRAIL” və “Xilasedici” komandaları üz-üzə gələcəklər.
Ölkə kuboku
Kişilər
Yarımfinal
“AZERRAIL” - “Murov Az Terminal” 3:2 (22:25, 25:21, 25:19, 23:25, 15:13)
“Neftçi” - “Xilasedici” 1:3 (22:25, 25:22, 17:25, 23:25)
Ən son xəbərləri səhifəmizdən də izləyin