Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunda kişilərin mübarizəsində bu gün növbəti oyunlar keçirilib.
Günün ilk görüşü Sumqayıt OİK-də baş tutub. Burada “Gənclər” və “AZERRAIL” komandaları üz-üzə gəlib. Bu oyundan “AZERRAIL” 3:0 hesabı ilə qalib ayrılıb. Günün ikinci matçı “Xilasedici” və MOİK klubları arasında olub. GİN-nin Voleybol Mərkəzində təşkil olunan bu qarşılaşmada “Xilasedici” komandası 3:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, kişilərin mübarizəsində son qrup qarşılaşmaları oktyabrın 31-də keçiriləcək.
29 oktyabr
A qrupu
“Gənclər” - “AZERRAIL” 0:3 (13:25, 6:25, 19:25)
B qrupu
“Xilasedici” - MOİK 3:0 (25:21, 25:9, 25:10)
Ən son xəbərləri səhifəmizdən də izləyin