logo
Polşa turizm şirkətləri Azərbaycanın mədəni və qış idman turizmi imkanları ilə tanış olublar

Polşa turizm şirkətləri Azərbaycanın mədəni və qış idman turizmi imkanları ilə tanış olublar

Polşa turizm şirkətləri Azərbaycanın mədəni və qış idman turizmi imkanları ilə tanış olublar Polşa turizm şirkətləri Azərbaycanın mədəni və qış idman turizmi imkanları ilə tanış olublar

Azərbaycan Turizm Bürosu tərəfindən 27-31 oktyabr tarixlərində Polşanın aparıcı 12 turizm şirkətinin nümayəndələri üçün tanışlıq səfəri təşkil edilib.

Turizm sahəsində Polşa və Azərbaycan arasında potensial tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin təşviq edilməsi məqsədilə 30-a yaxın yerli şirkətlə B2B (biznesdən-biznesə) formatında görüşlər keçirilib.

Səfər çərçivəsində Polşanın turizm sənayesi nümayəndələri işgüzar görüşlərlə yanaşı, Azərbaycanın mədəni irsi, qış idman turizm imkanları və "Şahdağ" Turizm Mərkəzində müasir xizək infrastrukturu ilə tanış olublar.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Varşavadan Bakıya orta hesabla həftədə 5 dəfə olmaqla, ümumilikdə 183 uçuş həyata keçirilib.
Sözügedən dövr ərzində Azərbaycana Polşadan səfər edənlərin sayı 7886 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36% artımdır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media