https://innews.media/uploads/news/2024-10/_innews_3f5d5acd6d3023c952060f6ab_o.jpg
Mingəçevirin kişi həndbolçulardan ibarət "Kür" klubu AHF Avropa kuboku çərçivəsində Kiprin "Parnassos Strovolou" klubu ilə cavab oyununa çıxıb və 32:29 hesabı ilə qələbə qazanaraq, iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksəlib. İlk oyunda da 35:31 hesabı ilə qalib gələn "Kür" komandası bu uğurla Avropa kubokunun üçüncü mərhələsinə vəsiqə qazanıb.
Komandamızı təbrik edir və növbəti mərhələdə də böyük uğurlar arzulayırıq!
Ən son xəbərləri səhifəmizdən də izləyin