logo
İTSDA-nın Kommunikasiya Strategiyasının icra vəziyyəti və yenilənmiş saytının təqdimat mərasimi keçirilib

İTSDA-nın Kommunikasiya Strategiyasının icra vəziyyəti və yenilənmiş saytının təqdimat mərasimi keçirilib

İTSDA-nın Kommunikasiya Strategiyasının icra vəziyyəti və yenilənmiş saytının təqdimat mərasimi keçirilib İTSDA-nın Kommunikasiya Strategiyasının icra vəziyyəti və yenilənmiş saytının təqdimat mərasimi keçirilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) https://its.gov.az/ rəsmi internet səhifəsinin yenilənmiş versiyası təqdim edilib.

Təqdimat mərasimində Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, dövlət tibb müəssisələrinin direktorları, Rəqəmsal İnkişaf Agentliyinin, media və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun yenilənmiş saytında daha geniş funksionallıq və əhali üçün əhəmiyyətli məlumat bazasının olduğunu vurğulayıb: “Yeni yaradılmış hər bir qurum üçün özünü təqdim edəcək bir platformaya malik olmaq müasir dövrdə böyük əhəmiyyət kəsb edir. Bizim üçün də bu çox vacib idi. Bu, həm bütün vətəndaşlara, həm də geniş auditoriyaya malik tibb işçilərinə birbaşa təsir edən yenilikçi bir sistem idi. Ölkənin hər bir bölgəsində fəaliyyət göstərən tibb mərkəzlərinin icbari tibbi sığorta ilə tanış olması çox önəmli idi, çünki hər kəs üçün əhatəli və əlçatan bir şəbəkə qurulurdu. Prioritetlərimizi dəqiq müəyyən edərək əhaliyə daha əlçatan və informativ bir platforma yaratmağa çalışdıq. Yeni saytımız istifadəçilərə daha çox imkanlar verir: indi tibbi sığorta və dövlət tibb müəssisələri haqqında məlumatları asanlıqla tapmaq, tibb müəssisələrinin ünvanlarına və əlaqə vasitələrinə rahat çıxış əldə etmək mümkündür”.

Tədbir zamanı Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova qurumun Kommunikasiya Strategiyası üzrə görülən işlərdən bəhs edib: “Kommunikasiya strategiyamızın icrası Agentliyin məqsədlərinə, hədəflərinə və auditoriya ilə effektiv ünsiyyətə əsaslanır. Hər bir hədəf qrupunun maraqları və informasiya qəbuletmə üsulları dəyərləndirilir və uyğun kommunikasiya vasitələri seçilir. İcbari tibbi sığorta barədə 8 il ərzində təşkil etdiyimiz maarifləndirmə təlimlərində 100 minə yaxın şəxs iştirak edib”.

Sonra təqdimatla çıxış edən Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Fuad Bayramov yeni saytda edilən dəyişikliklərdən bəhs edib: “Yenilənmələr zamanı vətəndaşları Agentliyin fəaliyyəti və icbari tibbi sığorta barədə ən çox maraqlandıran məsələlər nəzərə alınıb. Saytın  strukturuna yeni bölmələr əlavə edilib. Tibb müəssisələrinin axtarış sistemi vasitəsilə vətəndaşlar lazım olan tibbi xidmətin hansı tibb müəssisələrində göstərildiyini müəyyən edə, müxtəlif kateqoriyalar üzrə, həmçinin  tibbi ərazi bölmələri (TƏB) və ya şəhərlər üzrə tibb müəssisələrini axtarışa verə, xəstəxananın əlaqə vasitələri, ünvanı və xəritə üzərindən məkan koordinatları ilə tanış ola bilərlər. Xidmətlər Zərfi üzrə axtarış sistemi üzərindən isə tibbi xidmət və onun müqabilində Agentlik tərəfindən xəstəxanaya ödənilən məbləğlə tanış olmaq mümkündür”.

Tədbirin sonunda saytın yenilənməsi zamanı dəstək göstərən Rəqəmsal Tibbi Həllər Məhdud Məsuliyyətli Cəmiyyətinə Agentlik tərəfindən təşəkkürnamə təqdim olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media