Azərbaycan Basketbol Liqasında (ABL) debüt edən "Lənkəran" BK ilk rəsmi oyununu keçirib.Cənub təmsilçisi Lənkəran Olimpiya İdman Kompleksində "Gəncə" BK-nı qonaq edib. Görüş qonaqların 90:75 hesabı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu Lənkəran şəhərində keçirilən ilk basketbol oyunu kimi tarixə keçib.
Günün ilk oyununda isə "Abşeron" BK 75-69 hesabı ilə NTD üzərində qələbə qazanıb
Ən son xəbərləri səhifəmizdən də izləyin