https://innews.media/uploads/news/2024-10/_innews_85b889601a895824390ba7026_o.jpg
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
innews.media bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata görə, əlavə təyin edilən qatarlar oktyabrın 26-da saat 09:15-də Bakıdan Ağstafaya, oktyabrın 27-də saat 15:00-da isə Ağstafadan Bakıya yola düşəcək.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Ən son xəbərləri səhifəmizdən də izləyin