logo
"Coca-Cola"nın əsas hədəfləri AÇIQLANIB

"Coca-Cola"nın əsas hədəfləri AÇIQLANIB

"Coca-Cola"nın əsas hədəfləri AÇIQLANIB "Coca-Cola"nın əsas hədəfləri AÇIQLANIB

“Coca-Cola”nın dayanıqlı inkişaf strategiyasının üç əsas istiqamətindən biri su təhlükəsizliyidir. Şirkətin istehsal etdiyi içkilərin 90 faizinin tərkibi sudur. Su bizim üçün strateji resursdur. Strategiyamızda məhsulların istehsalında istifadə etdiyimiz qədər suyun ehtiyacı olan icmalara qaytarılması hədəfini qoyuruq. Bunu müxtəlif layihələr vasitəsilə həyata keçiririk. "Coca-Cola"nın 2030-cu ilə qədər müəyyənləşdirdiyi su təhlükəsizliyi hədəfinə əsasən, istehsal etdiyimiz suyun həcmindən daha artığını icmalara qaytarmış olacağıq. Qlobal rəqəmlərə baxsaq, "Coca-Cola" istifadə etdiyi suyun 159 faizini cəmiyyətə qaytarıb. Onu da qeyd edim ki, “Coca-Cola” Azərbaycan ölkədə aidiyyəti qurumlarla işləyərək su ehtiyatlarının qorunması, bərpası, icmaların təhlükəsiz su ilə təmin edilməsi üçün müxtəlif layihələrə dəstək olur.

Bunu "Coca-Cola" şirkətinin Avrasiya və Yaxın Şərq üzrə ictimai əlaqələr kommunikasiya və davamlılıq üzrə baş direktoru Elşad Fərzəliyev media nümayəndələri üçün "ESG Hesabatlarının Tərifi və Təhlili" seminarında "Daha yaxşı birgə gələcək üçün birlikdə: "Coca-Cola"nın davamlılıq strategiyası" mövzusunda təqdimatda deyib.

"Növbəti strategiya tullantıların azaldılmasıdır. "Coca-Cola"nın bu istiqamətdə həyata keçirdiyi strategiyaya əsasən, 2025-ci ildə şirkətin məhsullarında istifadə olunan qablaşdımanın 100 faizinin təkrar emal edilə bilən qablaşdırma olmasına nail olmağı hədəfləyirik. Azərbaycanda məhsullarımız təkrar istifadə oluna bilən materiallarla qablaşdırılır.

Hədəflərimizdən biri də odur ki, 2030-cu ilə qədər dünya bazarına çıxardığımız hər bir plastik məhsulun geri qaytarılması və təkrar emala yönləndirilməsini təmin edək. İndiyə qədər "Coca-Cola" dünya üzrə bazara çıxardığı məhsulların 61 faizinin qablaşdırılması, toplanması və təkrar emala yönəldilməsini təmin edib. Bizim məhsullarımızın 14 faizi yenidən istifadə edilən qablaşdırmadan əldə olunub. Azərbaycanda bu istiqamətdə bir sıra layihələr həyata keçirmişik", - deyə E.Fərzəliyev qeyd edib.

Şirkət rəsmisinin sözlərinə görə, digər vacib strategiya istiqaməti karbon tullantılarının azaldılmasıdır. Həmin məqsədə soyuducuları yeniləmək və onların karbon qazı tullantılarını minumuma endirməklə nail olmaq və “zero” səviyyəsinə çatmaq hədəflənib.

"Dayanıqlı inkişaf strategiyasının digər istiqaməti cəmiyyətin, qadınların iqtisadi imkanlarının artırılmasıdır. Bununla bağlı aidiyyəti qurumlarla birgə bir sıra layihələr həyata keçirilib. Çalışırıq ki, işsiz qadınlar öz qazanclarını əldə etsinlər və karyera imkanlarını artıra bilsinlər", - deyə şirkətin nümayəndəsi bildirib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media