logo
“NEQSOL Holding” dünyanın ən böyük titan istehsalçılarından birini alır

“NEQSOL Holding” dünyanın ən böyük titan istehsalçılarından birini alır

“NEQSOL Holding” dünyanın ən böyük titan istehsalçılarından birini alır “NEQSOL Holding” dünyanın ən böyük titan istehsalçılarından birini alır

“NEQSOL Holding” dünyanın ən böyük titan xammalı istehsalçılarından biri olan “Birləşmiş Dağ-Mədən Kimya Şirkəti” SC-nin (BDKŞ/UMCC) sahibi olur.

Titan istehsalı qlobal tələbatın davamlı olaraq artması səbəbindən dünyanın diqqət mərkəzindədir. Bu möhkəm və yüngül metal müxtəlif sənaye sahələrində geniş istifadə olunur və aerokosmik sənayesi, yüksək texnologiyalı tibbi avadanlıqların, protezlərin və elektronikanın istehsalı, habelə kimya sənayesi üçün kritik əhəmiyyət daşıyır.

“NEQSOL Holding”in tərkibində olan “Semin Ukrayna” şirkəti, özəlləşdirmə hərracının nəticəsində “Birləşmiş Dağ-Mədən Kimya Şirkəti” SC-nin 100 faiz səhmlərinin alıcısı olub. Bu özəlləşdirmə müqaviləsi Ukrayna Nazirlər Kabineti tərəfindən də təsdiq edilib.

“Birləşmiş Dağ-Mədən Kimya Şirkəti” dünyada titan və sirkonium filizinin konsentratlarını istehsal və emal edən ilk on şirkət arasında yer alır və bu sahədə Avropada ən böyük şirkət hesab olunur. O, qlobal bazarın 4 faizini əhatə edir. 2020-ci ildə şirkət təxminən 350 min ton titan və sirkonium filizi konsentratları istehsal edib. Şirkətin tərkibinə Ukraynanın Dnepropetrovsk vilayətində yerləşən Volnoqorsk Dağ-Metallurgiya Kombinatı və Jitomir vilayətində yerləşən İrşansk Dağ-Emalı Kombinatı daxildir.

““Birləşmiş Dağ-Mədən Kimya Şirkəti”nin alınması ilə beynəlxalq biznesimizi genişləndirmək strategiyamızı davam etdiririk. BDKŞ müxtəlif strateji sahələrdə çox böyük əhəmiyyətə malik olan dünyanın ən böyük titan xammalı istehsalçılarından biridir. Bu müqavilə bizim holdinqin beynəlxalq biznes arenada mövqeyini gücləndirəcək. Strateji investor olaraq şirkətin modernləşdirilməsinə və gələcək inkişafına töhfə verəcəyik”, - deyə “NEQSOL Holding”in rəhbərliyi bildirib.

“NEQSOL Holding” beynəlxalq şirkətlər qrupu 11 ölkədə telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media