logo
Ölkədaxili sərnişin qatarlarında sürət həddi endirilib

Ölkədaxili sərnişin qatarlarında sürət həddi endirilib

Ölkədaxili sərnişin qatarlarında sürət həddi endirilib Ölkədaxili sərnişin qatarlarında sürət həddi endirilib

Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddi endirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) innews.media bildirilib ki, bu qərar regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti və yağan leysan xarakterli güclü yağışlar səbəbindən Hacıqabul stansiyası ərazisində dəmir yolu xətlərindən sel keçməsi ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə verilib.

“Hazırda ərazidə infrastruktura baxış keçirilir. Buna görə, qatarların qrafikində qismən gecikmə halları müşahidə olunacaq. Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmir yolu keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edirik”, - deyə ADY-nin yaydığı məlumatda bildirilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media