logo
Diaspor gənclərimiz TEKNOFEST-də görüşdə iştirak edib

Diaspor gənclərimiz TEKNOFEST-də görüşdə iştirak edib

Diaspor gənclərimiz TEKNOFEST-də görüşdə iştirak edib Diaspor gənclərimiz TEKNOFEST-də görüşdə iştirak edib

Türk Dövlətləri Təşkilatının (TDT) II Diaspor Gəncləri Forumunun iştirakçılarının YTB-nin dəstəyi ilə xaricdə təhsil alan və TEKNOFEST-də iştirak edən gənc mühəndislərlə görüşü olub. Görüş Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) təşkilatçılığı ilə gerçəkləşib.

Görüşdə Azərbaycanı Avropada təhsil alan Nigar Kərimova (Belçika), Səid Paşayev (Fransa) və Nurlan Sakitzadə (Almaniya) təmsil edib.

Diasporlar arasında əməkdaşlığa xüsusi önəm verən YTB Aviasiya, Kosmos və Texnologiya Festivalı TEKNOFEST-də müxtəlif layihələr həyata keçirib. İdarə bu il yeniliyə imza ataraq TDT-nin II Diaspor Gəncləri Forumunda iştirak edən, təşkilata üzv ölkələrin diaspor gənclərindən 25 nəfəri Türk diasporundan 30 gənc mühəndislə görüşdürüb.

YTB sədri Abdullah Eren görüşdəki çıxışında xaricdə yaşayan Türkiyə vətəndaşları ilə, o cümlədən Avropada doğulub-böyüyən, xüsusilə də mühəndislik sahəsində təhsil alan gənclərlə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Daha sonra YTB sədri gənclərlə bərabər TEKNOFEST ərazisini gəzib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media