logo
“Əkin sahələrinin yandırılmasının ekoloji və hüquqi nəticələri” layihəsi üzrə növbəti tədbiri İmişlidə keçirilib

“Əkin sahələrinin yandırılmasının ekoloji və hüquqi nəticələri” layihəsi üzrə növbəti tədbiri İmişlidə keçirilib

“Əkin sahələrinin yandırılmasının ekoloji və hüquqi nəticələri” layihəsi üzrə növbəti tədbiri İmişlidə keçirilib “Əkin sahələrinin yandırılmasının ekoloji və hüquqi nəticələri” layihəsi üzrə növbəti tədbiri İmişlidə keçirilib

"Mühit" Ekoloji Mühafizə İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Əkin sahələrinin yandırılmasının ekoloji və hüquqi nəticələri” layihəsi üzrə növbəti tədbiri İmişli rayonunda keçirmişdir. Tədbiri açan ictimai birliyin sədri Əzizağa Hünbətəliyev ölkədə taxılçılığın inkişafında İmişli rayonunun rolunu qeyd edərək bildirdi ki, rayonda 55 (əlli beş) min hektarda taxıl əkilir. Tarlalarda aparılan aqrotexniki xidmət nəticəsində məhsuldarlıq artır. Ancaq bir çox fermerlər səhv olaraq biçilmiş taxıl sahələrini yandırılmasını torpaq üçün faydalı hesab edirlər. Əslində bu səhv ənənə torpağın keyfiyyətinə, məhsuldarlığına və ekolojiyaya ciddi zərər vurur. Məsələnin mahiyyətini elmi cəhətdən izah edən ekoloq fermerlərin məlumatlandırılmasını faydalı hesab etmişdir. Xüsusilə ölkəmizdə COP 29-un keçirildiyi ərəfədə belə tədbirlərin xüsusi əhəmiyyət daşıdığını bildirmişdir.

İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin müdir müavini Mərdəli Məmişov rayonda taxıl əkininin vəziyyətindən, fermerlərə göstərilən qayğıdan danışdı. Belə ekoloji maarifləndirici tədbirlərin vacibliyini qeyd etdi.

Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional İdarəsinin əməkdaşı Elton Məmmədov Muğam zonasında ekolojiyanın mühafizəsi sayəsində görülən işlərdən, torpaqların mikro tərkibinin qorunması üçün keçirilən tədbirlərdən danışdı. Fermerlərə öz tövsiyyələrini bildirdi.

AR Fövqalada Hallar Nazirliyinin Muğam Regional Mərkəzinin əməkdaşı Elçin Zeynalov müxtəlif dövlət qurumlarının, bələdiyyələrin, fermerlərin və QHT-lərin birgə işinin nəticəsi kimi son dövrlərdə taxıl sahələrinin biçimdən sonra yandırılmasına təsadüf olunmadığını qeyd etdi.

Layihənin eksperti hüquqşünas Aydın Kərimov əkin sahələrinin biçindən sonra yandırılmasının yaratdığı hüquqi nəticələrdən və onlara qarşı görülən hüquqi tədbirlərdən danışdı. Cinayət və İnzibati Xətalar məcəllələrinin müvafiq maddələrini izah etdi. COP 29 tədbirlərinin ölkəmizdə keçirilməsinin əhəmiyyətini vurğuladı, bundan sonra ekoloji hüquq pozmalara qarşı mübarizənin daha da sərtləşəcəyini diqqətə çatdırdı.

İştirakçıların sualları cavablandırıldı, onları maraqlandıran məsələlərlə bağlı geniş müzakirə aparıldı.

Sonra iştirakçılar tarlaların kənarlarında, yanğın riskinin çox olduğu yerlərdə “Odla ehtiyyatlı olun”, Əkin sahələrini yandırmaq qadağandır”, “Tarlaları yanğından qoruyaq” lövhələrini quraşdırdılar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media