logo
BŞİH-də növbəti müşavirə keçirildi - nöqsanlar aşkarlandı

BŞİH-də növbəti müşavirə keçirildi - nöqsanlar aşkarlandı

BŞİH-də növbəti müşavirə keçirildi - nöqsanlar aşkarlandı BŞİH-də növbəti müşavirə keçirildi - nöqsanlar aşkarlandı

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxt rayonları İcra Hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

innews.media xəbər verir ki, bu barədə a BŞİH-in Mətbuat Xidmətindən məlumat verilib.

Müşavirədə bir sıra məsələlər, o cümlədən noyabr ayında paytaxtda keçiriləcək mötəbər beynəlxalq tədbir ərəfəsində şəhərdə aparılan əsaslı təmir, abadlıq-quruculuq, yaşıllaşdırma işlərin vəziyyəti və digər məsələlər müzakirə edilib.

Qeyd edilib ki, ölkə başçısı İlham Əliyevin tapşırıqlarına əsasən son müddət ərzində şəhərdə geniş miqyaslı quruculuq-abadlıq işləri həyata keçirilib. Binaların, obyektlərin fasadları, eyvanları, dam örtükləri təmir edilir, rənglənir, istinad divarları, hasarlar qaydaya salınır, hər tərəfdə abadlıq işləri görülür, geniş miqyaslı yaşıllaşdırma işləri aparılır.

Müşavirədə paytaxtın rayonlarında görülən işlərin monitorinqi ilə bağlı hazırlanan video-rolik nümayiş etdirilib, işlər müzakirə edilərək mövcud nöqsanlar tənqid edilib.

Vurğulanıb ki, mühüm beynəlxalq tədbirə çox az vaxt qalıb və qalan qısa müddət ərzində təmir-quruculuqla bağlı nəzərdə tutulan bütün işlər yekunlaşdırılmalıdır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media