logo
Tofiq Quliyevin mahnılarından ibarət konsert keçiriləcək

Tofiq Quliyevin mahnılarından ibarət konsert keçiriləcək

Tofiq Quliyevin mahnılarından ibarət konsert keçiriləcək Tofiq Quliyevin mahnılarından ibarət konsert keçiriləcək

Oktyabrın 17-də Heydər Əliyev Sarayında Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevə həsr edilmiş “Ürək mahnıları” adlı konsert proqramı təşkil olunacaq.

Sarayın mətbuat xidmətindən innews.media verilən məlumata görə, Azərbaycan Televiziyasının (AZTV) dəstəyi ilə keçiriləcək gecədə sevilən bəstəkarın unudulmaz nəğmələrini Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri ifa edəcəklər.

Qeyd edək ki, saat 19:00-dan 21:00-dək davam edəcək konsertə biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media