https://innews.media/uploads/news/2024-10/_innews_02134126ed1d6152d9d684406_o.jpg
Oktybarın 2-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə «Muzeydə musiqi» layihəsinin növbəti konsert proqramı keçirilib.
Beynəlxalq Muğam Mərkəzi tərəfindən təqdim olunmuş konsert 18 Oktyabr — Müstəqilliyin Bərpası Gününə həsr edilib. Respublikanın tanınmış gənc və istedadlı xanəndələrinin ifasında səslənən, milli musiqimizdə xüsusi yer tutan muğam və xalq mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.