logo
Manisa Xalq Kitabxanasına Azərbaycanla bağlı kitablar hədiyyə edilib

Manisa Xalq Kitabxanasına Azərbaycanla bağlı kitablar hədiyyə edilib

Manisa Xalq Kitabxanasına Azərbaycanla bağlı kitablar hədiyyə edilib Manisa Xalq Kitabxanasına Azərbaycanla bağlı kitablar hədiyyə edilib

Manisa Xalq Kitabxanasına Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, turizm potensialı və digər sahələrlə bağlı kitablar, broşürlər, təbliğat-təşviqat materialları hədiyyə edilib.

Kitablar Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin İdarə Heyətinin sədri Şentürk Hoşgülün Manisa Mədəniyyət İdarəsinin rəhbəri İbrahim Sudak və Manisa Xalq Kitabxanasının müdiri Ayşin Kibritlə görüşündə təqdim olunub. Şentürk Hoşgül bu təşəbbüsün əhəmiyyətini diqqətə çatdırıb.

Manisa Mədəniyyət İdarəsinin rəhbəri İbrahim Sudak kitabxanaya hədiyyə edilən kitablara görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirib. İki qardaş ölkə arasında mədəni əməkdaşlıqların iki xalq arasında bağların möhkəmlənməsinə və mədəni zənginliklərin paylaşılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Xatırladaq ki, cari ilin avqust ayında ölkəmizdə səfərdə olan dərnək rəhbəri ilə Komitədə keçirilən görüş zamanı Manisa Xalq Kitabxanasında Azərbaycan guşəsinin yaradılması və orada ölkəmizin tanıdılması ilə bağlı təşəbbüs irəli sürülüb. Bununla bağlı Komitə tərəfindən kitablarla yanaşı, Azərbaycan dilinin öyrənilməsi, milli geyimlər və müxtəlif ölçüdə Azərbaycan Respublikasının dövlət bayraqları qonağa təqdim edilib.

Manisa Xalq Kitabxanasına Azərbaycanla bağlı kitabların hədiyyə olunması yerli mətbuatda da geniş işıqlandırılıb:

https://www.manisamansetgazetesi.com/haber/azerbaycandan-getirdigi-kitaplar-kutuphaneye-bagisladi-62352

https://www.manisahaberajansi.com/baskan-hosgul-den-azerbaycanla-ilgili-kitap-bagisi/79512/

https://www.manisakulishaber.com/baskan-hosgulden-azerbaycan-ile-ilgili-kitap-bagisi

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media