logo
Energetika naziri Göygöldə vətəndaşları qəbul edəcək

Energetika naziri Göygöldə vətəndaşları qəbul edəcək

Energetika naziri Göygöldə vətəndaşları qəbul edəcək Energetika naziri Göygöldə vətəndaşları qəbul edəcək

Energetika naziri Pərviz Şahbazov oktyabrın 18-də Göygöl, Gəncə, Goranboy, Naftalan, Samux, Daşkəsən və Kəlbəcərdən olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan başlayaraq Göygöl rayon Heydər Əliyev Mərkəzində (ünvan: Göygöl şəhəri, Hummel küçəsi, AZ2500) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi,  598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialı (əlaqələndirici şəxs: Vüsal Paşayev: əlaqə telefonu: (055) 233-97-99, elektron poçt ünvanı: ganja@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media