https://innews.media/uploads/news/2024-09/_innews_2d0d8002d75282931757c60a2_o.jpg
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Qazaxıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində sentyabrın 26-da Qazaxıstan Respublikasının Milli Muzeyində "1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası" adlı mühazirə ilə çıxış edib.
innews.media xəbər verir ki, mühazirədə Azərbaycan realistik rəngkarlıq məktəbinin yaranması məsələləri, XIX-XX əsrlərin kəsişməsində onun inkişafının əsas mərhələlərindən bəhs olunub. Azərbaycan təsviri sənətinin inkişaf yolunu müəyyənləşdirən görkəmli sənətkarların yaradıcılığı əsasında XX əsr rəngkarlıq və qrafika sənətlərinin üslub və istiqamətləri, obraz həlli, rəssamların bu dövrdə müraciət etdikləri mövzular nəzərdən keçirilib, həmçinin sovet incəsənətinin ideologiyasından kənar, paralel bir reallıqda yaratmış tanınmış nonkonformist rəssamlar haqqında danışılııb.
Mühazirədə bəhs olunmuş əsərlər milli və dünya bədii irsini özündə mühafizə edən Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasına daxildir.
Ən son xəbərləri səhifəmizdən də izləyin